Yasamalda zəncirvari qəza: Avtobus iki maşını vurdu

Ötən gecə Yasamal rayonu ərazisində zəncirvari qəza baş verib. APA TV-nin məlumatına görə, qəzaya içkili vəziyyətdə olan avtobus sürücüsü səbəb olub. 13 saylı sərnişin avtobusunun sürücüsü Zaur Əhmədov Namiq Əliyevə məxsus 10-SV-309 nömrə nişanlı avtomobili arxadan vurub. Həmin avtomobil zərbədən 10-OP-425 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Namiq Əliyev yüngül bədən xəsarətləri alıb. Avtomobili isə hər iki tərəfdən ciddi ziyan görüb. Sərxoş sürücü sənədlərinin qaydasında olduğunu desə də, müxtəlif bəhanələrlə onları təqdim etməyib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv