Ermənilər bir gizirimizi yaraladılar

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi yaralanıb. APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb. Azərbaycan Ordusunun giziri Valeh Xosiyev düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan hərbçi hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Hərbçinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Müəllif | Apa.Tv
Apa.tv