Azərbaycanlı gənclər Ağ Evin saytında petisiya yerləşdirdi!
Ağ Evin rəsmi saytında azərbaycanlı gənclər ermənilərin atəşkəs rejimini pozmasına son qoyulması ilə bağlı petisiya yerləşdirib. "We are people" bölməsində yerləşdirilən petisiyada Ermənistan tərəfinin qoşunların təmas xəttində son bir neçə gündə sistemli olaraq müxtəlif istiqamətlərdən pozmasına diqqət çəkilir. Bu səbəbdən də bir çox hərbçilərin yaralandığı və öldüyü deyilir.
Barak Obamaya ünvanlanan məktubda 20 ildir uzanan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir çox gəncin həyatını itirdiyi və regionda stabilli və təhlükəsizliyi pozduğu deyilir.
Petisiya avqustun 3-də yerləşdirilib. İndiyə kimi 872 səs toplanıb. Ağ Ev rəsmisinin bu petisiyaya reaksiya verməsi üçün bu bir ay ərzində daha 99,128 səs toplanmalıdır.
Bunun üçün petitions.whitehouse.gov saytına daxil olub oradan mövcud petisiyaları açmaq bölməsi kliklənməlidir. "Ermənilərin Azərbaycan sərhədlərində atəşkəsi pozmasına son qoyaq" petisiyası seçildikdən sonra sağ tərəfdəki boş xanalar doldurulmalı və imza atılmalıdır.