Qaxda oyun oynayan uşaqlar tövləyə od vurdular

Qaxda yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, yanğın rayonun Meşəbaş kəndində qeydə alınıb. Kənd sakini Liza Babucaşviliyə məxsus ümumi sahəsi 42 kvadratmetr olan, 4 tərəfi taxta yanar konstruksiyalardan ibarət mal tövləsi yanmağa başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səylərinə baxmayaraq tövlə və tövlənin çardağında olan quru ot kütləsi yanıb. Tövlənin yaxınlığından keçən elektrik və telefon xətlərinin yanmasının qarşısı isə alınıb. Şahidlərin sözlərinə görə, yanğının baş verməsinə səbəb ev sahibəsinin uşaqları olub. Onlar oyun oynayarkən ehtiyatsızlıqdan tövləyə od vurublar.

 

Faktla bağlı FHN-nin Qax rayon DYMH-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv