NATO cəbhə xəttindəki gərginlikdən narahatdır - Uilyam Lahue

"NATO son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlikdən narahatdır". APA TV-nin məlumatına görə, bu fikirləri NATO-nun Cənubi Qafqazda əlaqələndirici nümayəndəsi Uilyam Lahue deyib. Onun sözlərinə görə, NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləməkdə davam edəcək.


"NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Münaqişədə gərginliyin yaranması yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün regionun sabitliyi üçün təhdiddir və hər iki tərəf bu gərginliyi aradan qaldırmaq üçün tədbirlər görməlidir".

Son bir neçə gündə cəbhədə mövcud olan gərginliyə münasibət bildirən millət vəkili Aytən Mustafayeva isə deyib ki, dünyada beynəlxalq hüquq yoxdur, güc, maraqlar, oyunçular var.

"Bu gün biz nəyi görürük? Yenə də ikili standart. Necə ola bilər ki, Ukrayna hadisələri baş verən kimi Rusiyaya qarşı təcili və bu qədərə sanksiyalar qəbul olunur. Ancaq Azərbaycana 20 ildən artıqdır təcavüz edən işğalçı Ermənistana sanksiya tətbiq edilməsini biz görmürük ".

Ayten Mustafayeva qeyd edib ki, rəsmi Bakı NATO-dan siyasi dəstək gözləyir.

Müəllif | Apa.Tv
Apa.tv