Yasamalda seyfdən 40 min manat oğurlayan şəxs tutuldu!
Törədiyi əməlinə görə, peşmançılıq hissi keçirməyən Quliyev Rövşən Elşən oğlu işlədiyi mağazadan oğurluq etməkdə təqsirli bilinir. Rayonun Cəfər Cabbarlı küçəsində yerləşən quru meyvələrin satışı ilə məşğul mağazada satıcı işləyən Elşən, həmin obyektin seyfindən 40 min manat pul oğurlayıb. Planlı şəkildə hərəkət edən saxlanılan şəxs seyfin açarını onunla birgə çalışan xalası oğlundan götürdüyünü deyir. Seyfdə isə nə az, nə çox düz 40 min manat pul olub.
Bundan sonra heç nə olmamış kimi açarı yerinə qoyan Rövşən pulu da götürərək aradan çıxıb. Lakin hadisədən xəbər tutulan kimi, günahın xalası oğlunun boynunda qalacağını görən Rövşən, əməlini etiraf etməli olub. Polis əməkdaşları tərəfindən saxlanılan Rövşən Quliyevdən həmin pulların bir qismi maddi sübut kimi götürülüb. İşi araşdıran müstəntiq Əlibala Hacıyevin sözlərinə görə, saxlanılan şəxs pulun bir qismini istintaqdan gizlədir.
Hazırda faktla bağlı başlanılan cinayət işin istintaqı davam etdirilir.