Balakəndə qəza: piyada, sürücü, sərnişin xəsarət aldı

Balakəndə üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, 32 yaşlı, Balakən şəhər sakini Seymur Quliyev idarə etdiyi “Tucati 848 Elo” markalı, “10 B 572” dövlət nömrə nişanlı motosikletlə şəhər ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 61 yaşlı Sumqayıt şəhər sakini Rasim Qəmbərovu vurub. Daha sonra Seymur Quliyev motosikletin idarəetməsini itirərək aşırıb. Qəza nəticəsində piyada və sürücü, o cümlədən motosikletdə olan sərnişin, Mahmalar kənd sakini 36 yaşlı Elnar Ömər Kaslayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar.

Hazırda xəsarət alanların vəziyyəti orta-ağır hesab olunur. Faktla bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv