Arif Yunus həbs edildi
Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunus barəsində həbs qətimkan tədbiri seçilib. Vəkil Xalid Bağırovun APA-ya verdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsində Arif Yunusun həbs edilməsi barədə Prokurorluğun təqdimatına baxılıb.
Məhkəmə Arif Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq), həyat yoldaşı Leyla Yunus isə Cinayət Məcəlləsinin 274-cü, 178.3.2-ci, 192.2.2-ci (qanunsuz sahibkarlıq), 213.2.2-ci (vergidən yayınma, 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci maddələri ilə təqsirli bilinirlər.
İyulun 30-da Leyla Yunus qeyd olunan maddələrlə təqsirləndirilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, Arif Yunusun isə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.