Saatlı sakini: “Vaxtı ilə çəkən olmuşam, şeytan yoldan çıxardı”
Saatlıda narkotik vasitələrin əkilib becərilməsi ilə məşğul olan şəxs saxlanılıb. Onun evindən xüsusi qaydada qulluq olunmuş çətənə kollar aşkar edilib. Saatlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində şəhər sakini Məmmədov Əhməd Hacıməmməd oğluna məxsus həyətyanı sahədə narkotik tərkibli çətənə kolları aşkar edilib. Araşdırma zamanı məlum olub ki, Əhməd Məmmədov çətənə kollarını əvvəllər xüsusi qablarda əkib. Daha sonra cücərmiş olan kolları həyətyanı sahədə və ayrı qablarda yetişdirərək artırmağa qərar verib.
Saxlanılan şəxs əməllərindən peşman olduğunu dilə gətirərək hadisənin baş verməsində şeytanı günahlandırır.
Sinxron saxlanılan şəxs Əhməd Məmmədov
“Mən vaxtı ilə çəkən olmuşdum. Fikirləşdim ki, nə vaxtsa çəkərəm. Yəqin ki, şeytanın işidir”.
Əhməd Məmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə cinayət işi başlanılıb, hazırda faktla bağlı araşdırma aparılır.