Finalda erməni güləşçiləri belə məğlub etdik - 3 QIZIL MEDAL


Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatının ilk günündə yunan-Roma güləşçilərimiz 3 qızıl medal qazanıb. İbrahim Nurullayev (50 kq), Elman Muxtarov (60 kq) və Orxan Nuriyevin sayəsində (96 kq) ilk yarış günündə Zaqrebdə himnimiz 3 dəfə səslənib.

İbrahim Nurullayev (50 kq) və Elman Muxtarovun (60 kq) qalibiyyəti komandamıza ikiqat sevinc bəxş edib. Nurullayev ilk görüşündə, Muxtarov isə final qarşılaşmasında erməni rəqibləri üzərində inamlı qələbə qazanıb.

Final qarşılaşmasından sonra fikirlərini bildirən güləşçilərimiz qazanılan bu qələbəni son günlər Dağlıq Qarabağda baş verən hadisələrdə şəhid olmuş hərbçilərimizin ruhuna ithaf etdiklərini deyiblər.

Müəllif | Apa.Tv
Apa.tv