Ermənilər Tovuzda 14 yaşlı oğlanı yaraladılar

"Həyətimizdə idim. Atdılar, еuta dəydi, sonra qəlpələr sinəmə və əllərimə dəydi"

14 yaşlı Sərxan İsmayılov bu gün ermənilərin gülləsinə tuş gələn ikinci mülki şəxsdir. O, Ermənistan Silahlı Qüvvələrinin Tovuzu atəşkəsi pozması nəticəsində güllə yarası alıb. Hadisə rayonun Mülkülü kəndində qeydə alınıb.

2000-ci il təvəllüdlü İsmayılov Sərxan Əlağa oğlunun əlinə dəyib. Bundan başqa, azyaşlı sinəsindən qəlpə yaraları alıb. Sərxanın atası həyatlarının hər dəqiqə təhlükə altında olduğunu deyir:

“Hər dəqiqəsi təhlükədir. Gündüz vaxtları da atırlar. Amma elə ki, axşam saatları oldu atırlar”.

2000-ci il təvəllüdlü Sərxan İsmayılov Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, bu gün ermənilərin açdığı atəş nəticəsində Ağstafa rayonun Köhnə Qışlaq kənd sakini, 10 yaşlı Qoşqar Abbasov da qəlpə yarası alıb.

Müəllif | Apa.Tv
Apa.tv