Ali məktəblərə qəbulun nəticələri açıqlandı!
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ixtisas seçiminin nəticələri açıqlanıb. Bu barədə APA TV-yə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Qeyd edək ki, İmtahanın nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Xatırladaq ki, Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi başa çatıb. Məlumata görə, 35995 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyib.