Biləsuvarlı şəhidin anası: “Oğlum başımı uca etdi”

Biləsuvarda 19 yaşlı şəhid Anar Vidadi oğlu Qarazadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. APA TV-nin Cənub bürosunun məlumatına görə, şəhidin layiq görüldüyü medal bu gün doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində ailə üzvlərinə təqdim edilib. Medalın təqdimedilmə  mərasimində şəhidin doğmaları ilə yanaşı,  rayon ictimaiyyətinin nümayəndələri, Müdafiə Nazirliyinin rəsmiləri, əlaqədar qurumların səlahiyyətli şəxsləri iştirak ediblər.

 

Şəhid anası  Şəfəqqət Qarazadə oğlu ilə fəxr etdiyini deyib: “Oğlum mənim başımı uca etdi. Lazım gəlsə, cəbhəyə qadınlardan birinci özüm gedəcəyəm, oğlumun qisasını alacağam”.

 

3 ay öncə hərbi xidmətə çağırılan Anar Qarazadə cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə düşmənin kəşfiyyat-təxribat qrupunun müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqını cəhdinin qarşısını alarkən ağır yaralanıb və 3 gün sonra  hərbi hospitalda dünyalısını dəyişib.

 

Müəllif | Apa.Tv