Britaniya XIN vətəndaşlarını Dağlıq Qarabağa getməməyə çağırdı

Böyük Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Dağlıq Qarabağa və ətraf ərazilərə səfər etməkdən çəkinməyə çağırıb. Britaniya XİN təmas xətti və Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejiminin pozulduğunu və bunun çoxsaylı insan tələfatı ilə nəticələndiyini xatırladıb: “Dağlıq Qarabağa Azərbaycan hakimiyyətinin icazəsi olmadan səfər edənlərin Azərbaycana girişinə qadağa qoyulacaq”.

Açıqlamada bildirilir ki, il ərzində 7 minə yaxın britaniyalı bizneslə əlaqədar Azərbaycana səfər edir və heç bir problemlə qarşılaşmır.

 

Müəllif | Apa.Tv
Apa.tv