Tverdə kütləvi davada iştirak edən azərbaycanlılara hökm oxunub
Tverin Proletar rayon məhkəməsi "Morozov Holl" klubunda baş verən davada iştirak edən azərbaycanlılara hökm oxuyub. 2013-cü ilin yazında baş verən hadisə ilə bağlı yalnız iki iştirakçı Emil Bayramov və Elvar Caparov tapança və bıçaqdan istifadə etdikləri üçün real həbs cəzası alıblar. Məhkəmə onları cəzasının çəkilmiş müddətindən hesablamaqla və ümumi tipli cəzaçəkmə müəssisəsində çəkməklə 1 il 6 ay azadlıqdan məhrum edib.
Digər 6 müttəhim - Fərid Talıbov, Ruslan Osmanov, Arif Osmanov, Bəxtiyar Bərxudarov, Azər Adıgözəlov və Roman Volkov şərti cəza alıblar.
Birinci məhkəmədə onlar günahlarını etiraf etməsələr də, son sözlərində peşman olduqlarını deyiblər. Bundan başqa məhkəmə bütün hökm oxunanlara mənəvi zərər verdikləri və sağlamlığa xəsarət yetirdikləri üçün təxminən 30 min dollar dəyərində təzminat kəsib.
3013-cü ilin 23 aprelində "Morozov Holl" klubu qarşısında baş verən davada ruslar və azərbaycanlılar iştirak edib. Hadisə nəticəsində 5 nəfər güllə və bıçaq yarası alıblar və dərhal xəstəxanalara çatdırılıblar.