Şüvəlanda 5 azyalşlı uşaq dənizdə batıb, batanlardan üçü bacı-qardaşdır
Bakıda beş uşaq dənizdə batıb. Hadisə Şüvəlan çimərliyində qeydə alınıb.
Bakı şəhər sakinləri –14 yaşlı Aydan Fərziyeva, 9 yaşlı Hüseyn Fikrət oğlu Fərziyev, 10 yaşlı Kamalə Qafil qızı Rəcəbova, qardaşları 9 yaşlı Elgün Qafil oğlu Məəmmədov və 6 yaşlı Fariz Qafil oğlu Əliyev dənizdə çimərkən boğularaq ölüblər.
Fövqaladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin Dalğıcları 3 nəfərin meyitini sudan çıxarıb, Kəmalə və Elgün bacı-qardaşlarının isə meyitlərinin axtarışı davam edir.
Xidmətdən APA TV-yə verilən məlumata görə, hadisə avqustun 6-da saat 21:00 radələrində Şüvəlan çiməriliyində Mayaq deyilən ərazidə baş verib. Xilasetmə məntəqəsindən 8 kilometr uzaqlıqda olan ərazi qayalıqlardan ibarətdir. Valideyinlərindən xəbərsiz küləkli havada və qadağan olunmuş ərazidə çimmək istəyən uşaqların bu istəkləri faciə ilə başa çatıb.