Tovuzda sərhədi keçən erməni tutulub


Azərbaycan-Ermənistan sərhədini keçən erməni tutulub. Tovuz Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Ağbulaq kəndində qeydə alınıb. Kənd sakinləri Ermənistan vətəndaşı, 1965-ci il təvəllüdlü Petrosyan Arduş Dalenoviçi saxlayaraq hüquq-mühafizə orqanlarına təhvil veriblər. Hazırda faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv