Hirkan Milli Parkında güclü yanğın başlayıb
Lənkəranda Hirkan Milli Parkı yaxınlığında yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA TV-nin cənub bürosuna verilən məlumata görə, yanğın əsasən parkın inzibati binasına və “Hirkan” hotelinə yaxın ərazini əhatə edib. Hadisə yerinə Lənkərandan 4, Lerik, Astara və Cəlilabad rayonlarının hər birindən bir yanğınsöndürən maşın və canlı qüvvə gəlib. Hazırda yanğının lokallaşdırılması üçün lazımi tədbirlər görülür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimə APA-ya açıqlamasında bildirib ki, yanğın Hirkan Milli Parkının inzibati binasına yaxın bələdiyyə torpağında baş verib.