Göyçayda iki minik maşını toqquşub, 3 nəfər ağır xəsarət alıb.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə bu gün saat 16:00 radələrində yolun 205-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb.

 

Göyçay sakini 1963-cü il təvəllüdlü Hüseynov İlham Əzizağa oğlunun idarə etdiyi “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn həmyerlisi 1977-ci il təvəllüdlü Süleymanov Cəmil Cavid oğluna məxsus “VAZ 2107” markalı maşınla toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və sərnişin, 1950-ci il təvəllüdlü İmanov Yusif Cəmaləddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

     

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov