Şirvanda restoran yanıb

Şirvan şəhərində yerləşən restoranlardan birində yanğın baş verib. Hadisə axşam saatlarında Rəsulzadə küçəsində yerləşən “Dalğa” restoranında qeydə alınıb. Şirvan sakini Mirzəyev Elçin Yavər oğluna məxsus, ümumi sahəsi 160 kvadratmetr olan iaşə obyektinin 120 kvadratmetri yanaraq sıradan çıxıb. Yanğının söndürülməsinə Şirvan Yanğından mühafizə xidmətinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb. Yanğına elektrik naqillərində qısa qapanmanın səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv