Sabirabadda baş verən qəzada 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Sabirabadda 2 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA TV-yə verilən məlumata görə, 18.00 radələrində Sabirabad rayonunun Qaragüney kəndi ərazisində “Toyota Prado” markalı “90 KP 014” dövlət nömrə nişanlı avtomobillə “VAZ 21014” markalı “M 569 MP 123 RUS” dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Hadisə nəticəsində “VAZ 21014” markalı avtomobilin sürücüsü, 1959-cu il təvəllüdlü Saatlı rayon sakini Abbasov Oqtay Əsgər oğlu hadisə yerində ölüb, Bakı sakini 1952-ci il təvəllüdlü Surxayev Zakir Səlim oğlu isə xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Digər sərnişinlər - Biləsuvar 2-ci qəsəbə sakini, 1976-cı il təvəllüdlü Həşimova Xalidə Balaca qızı, Bakı sakini, 1952-ci il təvəllüdlü Səmədov Allahverdi Cəmil oğlu, Biləsuvar 2-ci qəsəbə sakini, 2002-ci il təvəllüdlü Həşimov Tural Qədir oğlu, Bakı sakini 1959-cu il təvəllüdlü Səmədov Xalıqverdi Cəmil oğlu və Bakı sakini, 1952-ci il təvəllüdlü Rüstəmova Sədaqət Fikrət qızı müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv