FHN təlim keçirdi
Hər kəs ekstremal vəziyyətlərə hazır olmalı, bu vəziyyət yarandıqda, necə hərəkət etməli olduğunu bilməli, yaxınlarına, digər zərərçəkmiş insanlara ilkin tibbi yardım göstərməyi bacarmalıdır. Bu zaman isə həkimlərin üzərinə daha çox məsuliyyət düşür. Onlar həm özlərini, həm də xəstəxanada müalicə alan xəstələri qorumalıdırlar. Fövqəladə Hallar Nazirliyinin
Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə Mirqasımov adına Respublika Xəstəxanasında
keçirilən təlim həkimlərin fövqəladə hallarda davranış qaydaları ilə bağlı olub. Nəzəri və praktik olmaqla iki hissədən ibarət olan tədbir Fövqəladə Hallar Nazirliyinin 7 qurumlarının iştirakı ilə keçirilib.
Xəstəxananın həkim personalının iştirak etdiyi nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə, terror zamanı təhlükəsizliyin təmin edilməsi ilə bağlı məlumat veriblər.
Praktik hissədə isə əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə Fövqəladə Hallar Nazirliyinin qurumlarının fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə alət və avadanlıqları, eləcə də xəstəxananın həyətində simulyasiya edilmiş partlayıcı qurğunun aşkar edilməsi və nümayiş olunub.