Bakıda 37 dərəcə isti gözlənilir

Bakı və Abşeron yarımadasında avqustun 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 23-27, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.

 

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh Abşeron çimərliklərində 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna Abşeron çimərliklərində 25-26, Türkan, Hövsan, Şıx, Sahil Abşeron çimərliklərində 26-27 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında avqustun 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv