İmişlidə avtomobil sexi yandı

İmişlidə  avtomobil sexində yanğın baş verib.Hadsiə zamanı  xəsarət alan olmasa da təmir  sexi və avtomobilə ciddi ziyan dəyib. Yanğın bu gun günorta saatlarında 28 may küçəsində yerləşən Ağayev Əlikram Əlizaman oğluna məxsus ümumi sahəsi 62.5 kvadratmetr olan obyektdə qeydə alınıb.  3 otaqdan ibarət  təmir sexi və ehtyyat hissələri olan mağazada  qəflətən yanğın başlayıb. Qısa müddətdə alov güclənib. Tikilinin təmir sexi olan hissəsində 38 kvadratmetr  tavan hissəsi və  sexdə olan     VAZ 21011 markalı avtomobilin salon hissəsi yanaraq yararsız hala  düşüb. Hadisə yerinə dərhal  İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov məhdudlaşdırılıb. Tikilinin avtomobil ehtiyyat hissələri  olan ərazisi yanğından müahfizə olunub. Obyekt sahibinin sözlərinə görə  yanğına  elektirk naqilində baş verən qısa qapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv