Saatlı sakini: “Narkotik bitkiləri özüm üçün əkib-becərirəm”
Saatlıda narkotik tərkibli kolların əkilib becərilməsi ilə məşğul olan şəxs saxlanılıb. Belə ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən növbəti dəfə rayon ərazisində narkotik vasitələrə qarşı əməliyyat tədbirləri həyata keçirilib. Aparılan axtarışlar zamanı rayonun Novruzlu kənd sakini Vüsal Vəliyevə məxsus həyətyanı sahədə narkotik tərkibli çətənə kolları aşkar edilib. Məlum olub ki, Vüsal Vəliyev həmin kolları mal tövləsinin yanında gizlin sahədə becərib.
Araşdırma zamanı kollara aqrotexniki qulluq göstərilərək yetişdirildiyi məlum olub. Saxlanılan şəxs narkotik aludəçisi olduğunu etiraf edib.
Dindirmə zamanı bir neçə ildir narkotik vasitə istifadəçisi olduğunu deyən Vüsal Vəliyevin narkotik maddə satışı ilə də məşğul olub-olmadığı araşdırılıb.