Bakının Şimal Dres qəsəbəsinin çimərliyində daha bir nəfər dənizdə batıb. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yevlax rayon sakini Allahverdi Mustafayev çimərkən suda boğularaq ölüb. Mərhumun meyiti dənizdən çıxarılaraq ailəsinə təhvil verilib. Qeyd edək ki, bir neçə gün əvvəl Xəzərdə beş azyaşlı uşaq boğularaq ölüb. Son bir həftə ərzində Kür çayında 10 nəfər boğularaq ölüb.