Yaralı əsgərlərimiz müalicə üçün Türkiyəyə aparıldı
Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərdən 3-ü müalicə üçün Türkiyəyə aparılıb. APA Tv-nin məlumatına görə, yaralı əsgərlər bu gün saat 14.40-da Türkiyəyə yola salınıb. Yaralılarımızın aparılması üçün xüsusi təyyarə ayrılıb.
Qeyd edək ki, əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürüb.
Qeyd edək ki, əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürüb.