Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub

“Dağlıq Qarabağ münaqişəsi həddən artıq uzanıb və öz həllini tələb edir”. APA-nın İTAR-TASS agentliyinə istinadən yaydığı məlumata görə, bu fikirləri “Boçarov Ruçey” iqamətgahında Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

O görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunduğunu, bu münaqişənin həddən çox uzandığını və həll edilməsi olduğunu deyib. Prezidentin sözlərinə görə, son illər Azərbaycan-Rusiya münasibətlərində sabit, pozitiv dinamika müşahidə olunur: “Biz əməkdaşlığı, o cümlədən regional təhlükəsizlik və bizim regionda stabilli məsələlərində əməkdaşlıq potensialını inkişaf etdirmək əzmindəyik”.

Rusiya prezidenti Vladimir Putin də Azərbaycanla münasibətlərin artan xətlə inkişaf etdiyini təsdiqləyib və bildirib ki, ölkələrimiz arasında qarşılıqlı etimad artır.
 

Müəllif | Apa.Tv
Apa.tv