Gəncədə ikimərtəbəli ev yanıb

Gəncədə yaşayış evində yanğın baş verib. Şəhər Yanğından Mühafizə İdarəsindən APA-TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə bu gün saat 13 radələrində Zərrabı küçəsi, 4-cü döngə 1-ci dalan ev 4-də baş verib. Şəhər sakini, Şəfiqə Səmədovaya məxsus, hər mərtəbəsi 100 kvadratmetr olan iki mərtəbəli evin ikinci mərtəbəsi yanıb. Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb edilib və alovun qarşısı alınıb.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
 

Müəllif | Apa.Tv
Azər Məmmədli