Prezidentlər döyüş sambosu üzrə beynəlxalq yarışı izləyiblər

Avqustun 9-da İlham Əliyev, Vladimir Putin və Serj Sarkisyan “Plotforma S-70” döyüş sambosu üzrə beynəlxalq yarışlara baxıblar.  Yarışların fəxri qonaqları arasında Rusiyanın Baş naziri Dmitri Medvedev və digər rəsmi şəxslər də olub.  “Plotforma S-70” döyüş sambosu üzrə beynəlxalq yarışlar Soçidə 5-ci dəfədir keçirilib. Peşəkar samboçuların budəfəki yarışlarında Rusiya yığması ABŞ, Fransa, Qazaxıstan, Braziliya, Latviya, Litva və Belarus idmançılarının daxil olduğu dünya seçmə komandası ilə qarşılaşıb.  Prezident Vladimir Putin yarışda qalib gələn Rusiya komandasının mükafatlandırılması mərasimində çıxış edərək sambonun Azərbaycanda yaxşı inkişaf etdiyini vurğulayıb. Rusiya prezidenti sambo idman növünün Bakıda keçiriləcək ilk Avropa Oyunlarının proqramına salınmasına nail olduğuna görə prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Müəllif | Apa.Tv
Apa.tv