İranda təyyarə qəzası: ölənlər var
İranda sərnişin təyyarəsi qəzaya uğrayub. Hadisə nəticəsində 40-dan çox şəxsin həlak olduğu bildirilir. Hadisə bu gün səhər saatlarında Tehranın "Mehrabad" hava limanı yaxınlığında baş verib. Daxili reys həyata keçirən təyyarə yaşayış evinə çırpılıb. Təbəs şəhərinə uçmalı olan "İran-141" təyyarəsi "Taban Air" aviaşirkətinə məxsus olub. Ölənlər arasında 7 uşaq da var. Təyyarənin düşdüyü yerdə ölənlərin olması ilə bağlı hələlik heç bir məlumat yoxdur.