Bakıda aptekə silahlı basqın olub
Bakıda quldurluq hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsi faktı təsdiqləyib. Hadisə Şərifzadə küçəsi 131 ünvanında yerləşən aptekə qeydə alınıb. 2 nəfər naməlum şəxs axşam saatlarında aptekə daxil olaraq əzzaçıya müqavimət göstəriblər.Daha sonra bıçaqla silahlanmış həmin şəxslər aptekin sahibi, 1960-cı il təvəllüdlü Quliyev Orucəli Tapdıq oğlunu vurublar. Onlar obyekt sahibini bıçaqladıqdan sonra aptekdə axtarış aparıblar və 220 manat pulu götürərək qaçıblar. Hazırda basqınçıların şəxsiyyətinin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.