Prezidentlərin görüşü baş tutdu

"Dağlıq Qarabağ məsələsi öz həllini tələb edir. Onun həlli çox uzanır və ümid edirəm ki, sizin bu prosesdə şəxsən iştirakınız danışıqlar prosesinə yeni təkan verəcək". APA TV-nin məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Rusiya və Ermənistan prezidentləri Vladimir Putin və Serj Sarkisyanla Soçidəki "Boçorov Ruçey" iqamətgahında keçirilən üçtərəfli görüş zamanı Rusiya prezidentinə müraciətində deyib. Onun sözlərinə görə, danışıqların formatı, o cümlədən münaqişənin həlli üçün hüquqi baza mövcuddur: "BMT Təhlükəsizlik Şurası Ermənistan işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və danışıqsız çıxarılması ilə bağlı 4 qətnamə qəbul edib. Təəssüf ki, 20 il keçib və bu qətnamələr hələ də kağız üzərində qalır. Mən hesab edirəm ki, Rusiya bizim yaxın dostumuz, tərəfdaşımız və qonşu ölkə kimi nizamlanma prosesində xüsusi rol oynayır. Ümid edirəm ki, yaxın vaxtlarda biz beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən ədalət prinsipinə uyğun şəkildə münaqişənin danışıqlar və sülh yolu ilə həll yolunu tapacağıq",- deyə Azərbaycan prezidenti qeyd edib.

 

Rusiya prezidenti Vladimir Putin isə Azərbaycan və Ermənistan prezidentlərinin münaqişənin həllinə iradə və istəklərinin olduğunu deyib. "Azərbaycan prezidenti münaqişənin sülh yolu ilə həllinin vacibliyini diqqətə çatdırdı. Bu həqiqətən ən vacibidir. Çünki insan ölümündən böyük faciə yoxdur. Əgər istək varsa istənilən çətin problem həll edilə bilər"- deyə Rusiyalı prezident qeyd edib. O bildirib ki, Dağlıq Qarabağ problemi bizə keçmişdən, Sovet İttifaqından miras qalıb: SİTAT  "Biz bu problemi həll etmək üçün səbir, müdriklik göstərməli, bir-birimizə hörmət etməliyik". Görüş 3 tərəfli formatda keçirilir. Daha sonra nümayəndə heyətlərinin də görüşə qatılması gözlənilir. 

Müəllif | Apa.Tv
Apa.tv