Azərbaycanda zəlzələ olub
Azərbaycanın Şamaxı rayonu ərazində zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA TV-yə verilən məlumata görə, zəlzələ avqustun 11-də saat 00:25-də Pirqulidən 28 km şimal-qərbə - Şamaxı ərazisində qeydə alınıb.
15 km dərinlikdə, 3.0 maqnitudada baş verən zəlzələ hiss olunmayıb.