Millət vəkili ön cəbhədə əsgərlərlə görüşüb
Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani və millət vəkili Xanhüseyn Kazımlı Göygöl rayonda yerləşən N saylı hərbi hissədə olublar. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, əsgərlər qarşısında çıxış edən Abdulla Qurbanı Azərbaycan ordusunun gücündən danışıb. Onun sözlərinə görə, bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyevin Ağdam rayonunda səngərdə əsgərlərlə görüşü Azərbaycan əsgərində qələbəyə inam hissini artırıb.
Millət vəkili Xanhüseyn Kazımlı isə Azərbaycan ordusunun gündən-günə inkişaf etdiyini bildirib.
Xanhüseyn Kazımlı və Abdulla Qurbanı Gəncə Toğana yolunda Murov dağda həlak olanların xatirəsinə ucaldılan abidəni də ziyarət ediblər.