Kürdəmirdə güclü yanğın: 1 yaralı

Kürdəmir rayonunda baş verən yanğında ev sahibəsi yanıq xəsarəti alıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Karrar qəsəbəsində baş verib. Abdurrəhmanov Azay Eynulla oğluna məxsus 1 mərtəbəli 4 otaqdan ibarət evdə güclü yanğın başlayıb. Qısa bir vaxtda ümumi sahəsi 216 kvadratmetr olan ev tamamilə yanaraq külə dönüb.

 

Hadisə yerinə Kürdəmir Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 2 yanğınsöndürən maşını cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində evə bitişik digər tikililər yanğından mühafizə olunub. Ev sahibəsi Zəminə Abdurrəhmanova ayaq və qol nahiyələrindən yanıq xəsarəti alıb.

 

İlkin ehtimala görə, güclü yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Zahid Abışov