"Prado" külə döndü

Ötən gün gecə saatlarında Hacıqabul şəhərində yanğın olub. Şirvan sakini, 1987-ci il təvəllüdlü Nahid Bağırova məxsus "Toyota-Prado" markalı 90 MU 993 dövlət nömrə nişanlı minik avtomobili tamamilə yanaraq sıradan çıxıb. APA TV-nin xəbərinə görə, hadisə yerinə Hacıqabul yanğından mühafizə hssəsinin yanğınsöndürən avtomobili və şəxsi heyəti çıxıb. Yanğın gecə saat 04:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Avtomobilin sahibi onun qəsdən yandırıldığını iddia edir. Faktla bağlı Hacıqabul rayon polis şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı