Gəncədə narkotik əkib-becərən şəxs saxlanılıb
Gəncədə həyətyanı sahəsində külli miqdarda çətənə kolları əkib becərən şəxs saxlanılıb. Şəhər Baş Polis İdarəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, 1974-cü il təvəllüdlü Quliyev Arzu Pərviz oğlunun yaşadığı “Gəncə şərab 2”-nin bağçılıq ərazisində yerləşən yaşayış massivindəki evinin həyətyanı sahəsində xüsusi kultivasiya yolu ilə əkilib- becərilən ümumi çəkisi 633 kq 300 qram olan çətənə kolları aşkarlanaraq götürülüb.
Məlumata görə, Arzu Quliyev əvvəllər Cinayət Məcəlləsinin 243.1 (faişəliyə cəlb etmə) və 127.2.2 (az ağır xəsarət yetirmə) maddələri ilə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı toplanmış materiallar Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi tərəfindən istintaq edilən cinayət işinə əlavə edilib, araşdırma aparılır.