BQXK nümayəndələri girov azərbaycanlılarla görüşüblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılara baş çəkiblər.


 

Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

 

Qeyd edək ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. 

 

Həsən Həsənov Dağlıq Qarabağda dəfn edilib. 

Müəllif | Apa.Tv
Apa.tv