Azərbaycanlı "qanuni oğru"ların qatilinin məhkəməsi başlayıb
Moskvada qətldə təqsirləndirilən daha bir azərbaycanlının məhkəməsi başlayıb. APA TV-nin xəbərinə görə, "Nazim Xromoy" ləqəbli Nazim Hümbətov 4 nəfəri güllələməkdə təqsirli bilinir. Nazim Hümbətov nüfuzlu "qanuni oğru" "Rövşən Lənkəranski"yə yaxınlığı ilə tanınır. Eyni zamanda paytaxt təhqiqatçıları killer "Nazim Xromoy"la əlbir olan digər killer Ülfət Tağıyevlə bağlı araşdırmanı da yekunlaşdırıblar. O da professional killer hesab olunur, lakin buna baxmayaraq "Gəncəli Ülfət" "qanuni oğru" ləqəbini ala bilib.
Araşdırmaya əsasən, 2003-cü ilin sentyabrında Hümbətov silahlı şəxslərin müşayiəti ilə rəqibi İlqar Hüseynovla Moskva yaxınlığındakı tikinti aparılan yerdə görüşüb. Sözləri düz gəlmədiyindən onun adamları İlqar Hüseynov və yanındakılara atəş açıblar. Dəstə rəhbəri və onun bir adamı ölüb. Digər ikisi isə ağır yaralanıb. Uzun axtarışdan sonra Nazim Hümbətov yalnız 2012-ci ilin payızında hüquq-mühafizə orqanları əməkdaşlarının əlinə keçib.