"Ebola" virusundan ölənlərin sayı 1000-i keçdi

 

Qərbi Afrikada yayılmış “Ebola” virusundan ölənlərin sayı 1013 nəfərə çatıb. APA TV-nin xəbərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı daha 1848 nəfərin bu xəstəliyə yoluxduğunu bildirib. Cəmi üç gün ərzində üç Qərbi Afrika ölkəsində – Syerra-Leone, Liberiya və Qvineyada 52 nəfər ölüb. Dərmanı olmayan bu ölümcül xəstəlik bütün dünyada yayılmaqdadır.

 

ABŞ və Ümumdünya Səhiyyə Təşkilatı təcili eksperimental vaksin çatdırmaq barədə Liberiya hakimiyyətinin xahişini qəbul edib, bu həftə ərzində vaksinlərin bu ölkəyə gətirilməsi gözlənilir. Qeyd edək ki, virus Qərbi Afrika ölkələrindən yayılmağa başlayıb. Artıq Efiopiya Syerra-Leone, Liberiya və Qvineya vətəndaşları üçün sərhədlərini bağlayıb. 

Müəllif | Apa.Tv
Apa.tv