Azərbaycan prezidenti Serbiyanın müdafiə nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev avqustun 12-də Serbiyanın müdafiə naziri Bratislav Qaşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafının yaxşı səviyyədə olduğunu vurğulayan dövlətim başçısı bu əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Ölkələrimiz arasında əlaqələrin müdafiə sahəsində inkişafı məsələsinə toxunan prezident İlham Əliyev bu istiqamətdə də əməkdaşlığın perspektivləri ilə bağlı aparılan müzakirələrin əhəmiyyətini diqqətə çatdırıb.
Bratislav Qaşiç isə Serbiya prezidenti Tomislav Nikoliçin və baş nazir Aleksandr Vuçiçin salamlarını Azərbaycan prezidentinə çatdırıb. “Cənab prezident, Sizinlə - Serbiyanın böyük dostlarından biri ilə görüşməkdən məmnunluq hissi keçirirəm” deyən nazir Azərbaycanla Serbiya arasında münasibətlərin inkişafına toxunub, ikitərəfli əlaqələrin heç vaxt indiki kimi yüksək səviyyədə olmadığını vurğulayıb. O, Azərbaycanla Serbiya arasında münasibətlərin gələcəkdə də uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.