Qaxda qanunsuz ağac kəsən şəxslər saxlanılıb

Qaxda təbiətə ziyan vuranlar saxlanılıb. APA TV-nin məlumatına görə,  Qaxda meşədən qanunsuz  ağacları kəsərək meşədən çıxmaq istəyən şəxs elə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları yaxalayıb. Müəssisənin işçiləri Qax rayonu Qaxbaş kənd sakini, 34 yaşlı Araz Əsgərovun idarə etdiyi yük avtomobilini  rayonun İlisu Meşəbəyliyində meşədən çıxarkən saxlayıblar. Avtomobilə baxış zamanı yük yerində qanunsuz olaraq doğranıb yığılmış 4.63 kubmetr içlik oduncaq və 1.31 kubmetr odun aşkarlanıb. Dərhal avtomobil Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə aparılıb və ora boşaldılıb. Araşdırma zamanı  məlum olub ki, Araz Əsgərovun daşıdığı meşə materialı Qax rayon Qaxbaş kənd sakini, milliyyətcə gürcü olan  28 yaşlı Akaki Tamazaşvili tərəfindən meşədən kəsilərək avtomobilin yük yerinə yığılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov