36 yaşlı kişi amansızlıqla öldürülüb- YENİLƏNİB

Avqustun 13-də gecə saatlarında Xaçmaz rayonunda qətl hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumata görə, Xaçmaz rayonu, Qaraqutdu kənd sakini, 1978-ci il təvəllüdlü Əliməmmədov Məzahir Əhməd oğlu çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirilib. Aparılan araşdırmalar nəticəsində qətli törədən şəxsin kimliyi məlum olub. Xaçmaz Rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, qətli törətməkdə şübhəli bilinən Xaçmaz rayonu Çığatay kənd sakini, 1991-ci il təvəllüdlü Teymurov Səfər İbrahim oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

 

 

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vəli Turan