Necdət Özəl: "Ürəyimiz sızladı"
“Azərbaycan və Ermənistan arasında baş verənləri izləyirik”. Bu sözləri APA TV -nin Türkiyə müxbirinə açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl deyib.
APA TV-nin “Son həftələrdə Qarabağ cəbhəsində Ermənistan işğalçı siyasətini yenidən nümayiş etdirərək milli ordumuzun əsgərlərini şəhid etdi. Prosesləri izləyirsinizmi?” - sualına Necdət Özəl bunları deyib: “Azərbaycan ordusunun şəhid verməsi ürəyimizi sızladıb. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Gülhanə Hərbi Tibb Akademiyamıza göndərilən yaralılar bizə əmanətdir, bizim daimi nəzarətimizdədir. Azərbaycanın müdafiə naziri ilə lazımi yazışmaları aparır, gərəkli məsləhətləşmələri edirik. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.