İŞİD Türkiyə və Ərdoğana müharibə elan etdi

Özünü xəlifə elan edən İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadi Rəcəb Tayyib Ərdoğan və Türkiyəyə müharibə elan edib. O, özünün "Twitter" səhifəsində Ərdoğanın prezident seçilməsinə münasibət bildirib. APA TV-nin "Cumhuriyyet"ə istinadən xəbərinə görə, terror təşkilatının rəhbəri tərəfdarlarını da Ərdoğan və Türkiyəyə müharibə elan etməyə çağırıb.

 

 
"Ərdoğan dünyəvidir və şəriətə görə davranmır. Peşmərgəni dəstəkləyir. Bu yaxınlarda "İslam oğulları" həqiqətən qarşınıza çıxacaq. O, ölkəni dini qanunlarla idarə etmir. Dərhal mənə biət etməlidir-, deyə açıqlamada bildirilir.

 

İŞİD lideri Ərdoğanı "mürtəd" adlandıraraq haqqında ölüm hökmü verib. 

Müəllif | Apa.Tv
Apa.tv