"Mercedes" yük maşınına çırpıldı, 31 yaşlı sürücü öldü

Qax rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin  məlumata görə, hadisə gecə saat 01:00 radələrində rayonun Almalı kəndində qeydə alınıb. Rayonun Dəymədağlı kənd sakini 1983-cü il təvəllüdlü  Tural Xanlar oğlu Salahov idarə etdiyi “Mercedes” markalı minik avtomobilini yolun kənarında dayanan Almalı kənd sakini, 1975-ci il təvəllüdlü Aydın Məhəmməd oğlu Yusifova məxsus “İVAQO” markalı  xırda tutumlu yük maşınına vurub. Baş vermiş qəza nəticəsində  Tural Salahov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Vüqar Heydərov