Kürdə batan şəxsin meyiti sudan çıxarıldı
Kür çayının Sabirabad rayonu ərəzisindən keçən hissəsində batmış 1980-ci il təvəllüdlü Səfərov Rəşad Nəriman oğlunun axtarışları başa çatıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Rəşad Səfərovun cəsədi batdığı yerdən 100 metr aralıda (ən yaxın xilasetmə məntəqəsindən təxminən 23 km aralı, nəzarət olunmayan ərazidə) “Cənub” dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat gecə saat 2-də başa çatıb.