148 nömrəli marşrutda işləyən avtobus aşdı, ölən və yaralananlar var


Bakıda avtobus qəzası baş verib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə tikilməkdə olan Olimpiya Stadionu qarşısında baş verib. 148 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu idarəetməni itirərək aşıb. Nəticədə avtobusun sürücüsü 31 yaşlı Haqverdi Kərimov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtobusda olan sərnişinlərdən 10 nəfər müxtəlif bədən xəsarətləri alıb. Qəza səbəbindən şəhər istiqamətində böyük tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv