Lənkəranda12 yaşlı uşaq dənizdə batıb

Lənkəranda 12 yaşlı uşaq dənizdə batıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə ötən gün saat 19.30 radələrində şəhərin “Dəhnə” adlanan ərazisində qeydə alınıb. Masallı rayon sakini, 12 yaşlı Elşən Akif oğlu Abdullayev dənizin nəzarət olunmayan hissəsində çimərkən boğulub. Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə məntəqəsinin xilasedicilərinin və yaxınlıqdakı şəxslərin birgə səyləri ilə Elşən Abdullayevin meyiti batdığı yerdən 150 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
 

Müəllif | Apa.Tv